Yuri Syomin: Bu gün “Sumqayıt”dan revanş aldıq
25.10.2013 - 17:55
“Yaxşı oyun göstərdik və 3 xalı qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı məşqçi “Sumqayıt”la görüşdən sonra Qəbələ stadionunun konfrans zalında qarşılaşma bağlı fikirlərini bildirib. Syomin rəqib həmkarından fərqli, bir qədər geniş danışıb. Təcrübəli çalışdırıcı qələbə qazanmalarına baxmayaraq, yetirmələrinin çıxışından o qədər razı qalmadığını da ifadə edib: “Komandamı təbrik edirəm. İlk oyunda biz “Sumqayıt”a məğlub olmuşduq. Bu gün isə onlardan revanş aldıq. Qələbəyə baxmayaraq deməliyəm ki, futbolçularımla danışılacaq bəzi şeylər var”.
Qeyd edək ki, “Qəbələ” “Sumqayıt”ı bu gün 2:0 hesabı ilə məğlub etməklə müvəqqəti də olsa minimum 2 günlüyə turnir cədvəlinin liderinə çevrilib.

0
0