Viktor İqbekoyi: Aşağı diviziona düşməyəcəyik – MÜSAHİBƏ
25.10.2013 - 23:00
AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyinin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XI turunda “İnter”lə qarşılaşacaqsınız. Hazırlıq necə gedir?
- Oyuna hazırlığımız yaxşı gedir. Bütün fikrimiz bu matça cəmlənib. Yaxşı nəticə qazanacağımıza ümid edirik.
- I dövrədə “İnter”i məğlub etmişdiniz. Həmin nəticəni təkrarlayacağınıza inanırsızmı?
- Çalışcağıq ki, yaxşı oyun nümayiş etdirək və 3 xal qazanaq. Həm “İnter”, həm də AZAL yaxşı komandadır. “İnter”ə qarşı oyunlarımız hər zaman gərgin keçir. İnşallah, bu günkü oyunda biz onları üstələyəcəyik. Çox istəkliyik.
- “İnter”in qeyri-sabit çıxış etməsi işinizə yarıya bilərmi?
- Üstünlük saymaq olar. Ancaq AZAL belə məqamlara fikir vermir. “İnter” çox yaxşı komandadır. “Xəzər Lənkəran”la səfər oyununda qələbə qazandılar. Ona görə də oyuna yaxşı köklənməli, çətin oyuna hazırlaşmalıyıq.
- AZAL 5 turdu qələbə qazana bilmir. Səbəbini necə izah edə bilərsiz?
- Yaxşı oynayırıq. Hər oyunda yetərincə imkanlarımız olur. Niyə qələbə qazana bilməməyimizin səbəbini Allah bilir. Sabahkı oyunla uğurlu seriyaya başlamaq istəyirik.
- Turdan-tura komandada özünəinamın azalmasına səbəb nədir?
- Bu fikirlə razılaşmıram. Əksinə, oyun baxımından özümüzü yaxşı tərəfdən göstəririk. Fərqlənmək üçün də imkanlar yaxalayırıq. Yəni komandada inamsızlıq yoxdur. Sadəcə, şanslarımızdan istifadə edə bilmirik.
- Mövsümün əvvəlində çoxları AZAL-ı Premyer Liqanı tərk edəcək komandalar sırasında görürdü. Düzdür, çempionata yaxşı başladınız. Ancaq turdan-tura geriləməklə onların fikirlərini sanki təsdiqləyirsiz...
- Bu cür fikirləşmələri üçün müxtəlif səbəblər var. Əksər komandalar ölkə xaricində toplanış keçirsə də, biz Bakıda qaldıq. Bundan başqa, bir neçə əsas oyunçumuz komandadan ayrıldı. Bu da imkan verir ki, onlar belə düşünsün. Ancaq biz buna imkan verməyəcəyik. Gücümüzü səfərbər edəcəyik ki, komanda çempionatdakı yerini qorusun. Fikrimcə, aşağı diviziona düşməyəcəyik. Hansı pillədə qərarlaşacağımızı isə finişdə görəcəyik.
- Baş məşqçi Vaqif Sadıqov komandada hücumçu yoxluğundan şikayətlənib. Bu sizə nə kimi problem yaradır?
- İki hücumçumuz var, onlar da zədəli idilər. Hal-hazırda hücumda mən oynayıram. Yuri Fomenko artıq sıraya dönüb. O, “Bakı” ilə oyunda qol da vurdu. İnanıram ki, formasını bərpa edəcək və komandaya kömək edəcək.
- Əsas qol ümidi sizinlə Con Oluremidir. İşinizin öhdəsindən gələ biləcəksinizmi?
- Tələsik qərar verməyək. Bu günkü oyun üçün yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, hər şey yolunda gedəcək və biz qol vuracağıq.

0
0