Prezident ölkə çempionatını dayandırmaq qərarına münasibət bildirdi
25.10.2013 - 19:58
Prezident ölkə çempionatını dayandırmaq qərarına münasibət bildirdi
Fransa prezidenti Fransua Olland ölkənin Peşəkar Futbol Klublar Birliyinin (UCPF) ağır vergilərə etiraz olaraq çempionat oyunlarını dayandırmaq qərarına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Olland bu barədə güzəştə getməyəcəklərini deyib.

Ölkə başçısı qanunun hamı üçün eyni olduğunu bildirib: “Bu qanun qüvvəyə minəndə hamı üçün eyni olacaq. Bu bizə ölkədəki futbol klublarının vəziyyətini müzakirə etməyə mane olmur. Amma qanunlara hamı tabe olmalıdır”.

Qeyd edək ki, Fransada 2014-cü ildən il ərzində 1 milyon avrodan çox qazanan gəlirinin gəlirinin 75 faizini vergi olaraq ödəməlidir. UCPF isə buna etiraz olaraq 1-ci və 2-ci liqada cari mövsümdə 29 noyabrdan 2 dekabradək nəzərdə tutulmuş qarşılaşmaları keçirməyəcəklərini deyib.