Şahin Diniyev: Əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm
25.10.2013 - 20:57
“Bugünkü oyunda göstərdikləri əzmkar oyuna görə futbolçularıma öz təşəkkürümü bildirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Rəvan”ın baş məşqçisi Şahin Diniyev “Bakı” (0:0)ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli çalışdırıcı yeni komandası ilə ikinci oyunda qazandığı ilk xalı dəyərləndirib: “Keçən oyunda futbolçularım 45 dəqiqə fiziki cəhətdən hazır idilər. Bu matçda 60-70 dəqiqə gözləyirdim, elə də oldu. Qalan dəqiqələr isə futbolçuların əzmkarlığından asılı oldu. Ona görə də onlara minnətdaram. Heyətimizdə alternativin olmamağı əvəzetmələrdə çətinlik yaradırdı. Buna baxmayaraq, oyunçular öz əzmkarlığını göstərdilər”.
Mənbə: pfl.az

0
0