Mourinyo: Artıq “El Klassiko” məni maraqlandırmır
25.10.2013 - 21:57
Mourinyo: Artıq “El Klassiko” məni maraqlandırmır
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo sabiq klubu “Real” haqqında maraqlı açıqlamalar verib. Apasport.azx saytının məlumatına görə, İngiltərə mətbuatına danışan təcrübəli mütəxəssis Madrid təmsilçisinin sabah əzəli rəqibi “Barselona” ilə qarşılaşacağı matçı izləməyəcəyini deyib.

Mourinyo artıq “El Klassiko” ilə maraqlanmadığını bildirib: “Xeyr, “El Klassiko”ya baxmaq fikrim yoxdur. Bu oyun məni maraqlandırmır. Əgər soruşsanız ki, hansı komandanı məğlub etmək istərdin, mən belə suala müsbət cavab verə bilərdim”.

Qeyd edək ki, İspaniya La Liqasının 10-cu turu çərçivəsində baş tutacaq “Barselona” – “Real” qarşılaşması sabah, yəni oktyabrın 26-da keçiriləcək.