“Trabzonspor” səfərdə büdrədi
29.10.2013 - 00:47
“Trabzonspor” səfərdə büdrədi
Futbol üzrə Türkiyə Superliqasında IX tur başa çatıb. Apasport.az saytının məlumatına görə, son oyun günündə bir görüş baş tutub.

Həftənin yekun qarşılaşmasında “Kasımpaşa” doğma arenada “Trabzonspor”u qəbul edib. Şota Arveladzenin yetirmələri güclü rəqiblərini 3:2 hesabı ilə məğlub edib.

Turun digər maraqlı oyunlarında isə son çempion “Qalatasaray” səfərdə “Kayserispor”un qonağı olub. Son vaxtlar müsbət nəticələr qazanan İstanbul klubu bu matçda darmadağınla yadda qalıb. “Cim-Bom” rəqib meydanında 2:4 hesabı ilə qələbə qazanıb.

Lider “Fənərbaxça” da həftəni 3 xalla qapadıb. Evdə “Qaziantepspor”la qarşılaşan “sarı-lacivərdlilər” rəqibi 3 qolla məğlub edib.

“Beşiktaş” isə xal itkisi ilə üzləşib. Səfərdə “Akhisar BS”nin qonağı olan “ağ-qaralar” meydandan 3:3 hesablı bərabərliklə ayrılıb.


Türkiyə Superliqası
IX tur

25 Oktyabr

“Fənərbaxça” – “Qaziantepspor” - 3:1
Emenike, 14, 85, Sou, 39 – Stiliç, 75
“Sivasspor” – “Ərciyəsspor” - 2:0
Aatif Şeyşu, 20, 75

26 oktyabr
“Karabükspor” – “Antalyaspor” - 1:1
Lualua, 58 (pen.) – Uğur Uçar76 (avtoqol)
“Elazığspor” – “Gənclərbirliyi” - 1:2
Onur Ayık, 42 – Sedat Bayrak, 45, Boqdan Stanku, 85
“Akhisar BS” – “Beşiktaş” - 3:3
Mezenqa, 24, 35, Kisa, 37 – Olcay Şahan, 7, Oğuzhan Özyakub, 40, Almeyda, 54

27 oktyabr
“Əskişəhərspor” – “Rizespor - 4:1
Xorquera, 52, Erman Kılıç, 71, Erkan Zənginb, 75, Alfred, 79 – Kveuke, 69
“Konyaspor” – “Bursaspor” - 0:1
Ferhat Kiraz, 66
“Kayserispor” – “Qalatasaray” 2:4
Mouşe, 44 (pen.), Jaja, 45 - Sneyder, 14, Şeydju,25, Burak Yılmaz, 57, Droqba, 74

28 oktyabr
“Kasımpaşa” – “Trabzonspor” - 3:2
Kərəm Seras, 18, Adəm Böyük, 40, Skaryone, 61 – Paulo Enrike, 24, Olcan Adın, 68
Qırmızı vərəqə: Aykut Dəmir, 76 (“Trabzonspor”)


1 Fənərbaxça 9 7 1 1 21 - 9 22
2 Kasımpaşa 9 6 0 3 19 - 13 18
3 Beşiktaş 9 5 2 2 15 - 10 17
4 Əskişəhərspor 9 5 1 3 14 - 7 16
5 Qalatasaray 9 4 4 1 15 - 9 16
6 Sivasspor 9 5 1 3 16 - 12 16
7 Akhisar BS 9 4 2 3 13 - 10 14
8 Rizəspor 9 4 2 3 14 - 13 14
9 Trabzonspor 9 4 2 3 8 - 9 14
9 Bursaspor 9 4 2 3 8 - 9 14
11 Antalyaspor 9 3 4 2 9 - 7 13
12 Konyaspor 9 3 1 5 9 - 14 10
13 Karabükspor 9 2 3 4 7 - 10 9
14 Qaziantepspor 9 2 2 5 11 - 17 8
15 Gənclərbirliği 9 2 1 6 7 - 11 7
16 Elazığspor 9 2 1 6 11 - 22 7
17 Ərciyəsspor 9 1 3 5 6 - 12 6
18 Kayserispor 9 1 2 6 7 - 16 5