La Liqada X tura yekun vuruldu
29.10.2013 - 03:50
La Liqada X tura yekun vuruldu
Futbol üzrə İspaniya çempionatında X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə bir qarşılaşma keçirilib.

Yeganə oyun günündə “Atletik” səfərdə “Xetafe” ilə üz-üzə gəlib. Qonaqlar 8-ci dəqiqədə vurduqları qolla rəqibi minimal hesabla məğlub ediblər.

Turun digər görüşlərində də azarkeşlər maraqlı qarşılaşmaların şahidi olub. Bu dəfə futbolsevərlər səbirsizliklə gözlədiyi “El Klassiko”nu izləməyə nail olublar. “Barselona” doğma arenada “Real”ı qəbul edib. Kataloniyalılar Neymar və Sançesin qolları ilə əzəli rəqiblərini 2:1 hesabı ilə məğlub ediblər.

"Land of Fire Azerbaijan" formalı “Atletiko” doğma arenada “Betis”ı sınağa çəkib. Madridlilər sonuncu sıralarda qərarlaşan rəqibini 5:0 hesabı ilə məğlub edib.



İspaniya La Liqası
X tur

25 oktyabr

"Rayo Valyekano" - "Valyadolid" - 0:3
Ebert 31, Querra 40, Larson 48

26 oktyabr
"Malaqa" - "Selta Viqo" - 0:5
Lopez, 6, 64, Auqusto, 23, Nolito, 73, Çarles, 71
"Barselona" - "Real" - 2:1
Neymar, 19, Sançes, 79 - Rodriqez, 90+1
"Elçe" - "Qranada" - 0:1
Manuel İturra, 26
"Levante" - "Espanyol" - 3:0
Əl-Jar, 25 (pen.), 51 Diavara, 27

27 oktyabr
"Seviliya" - "Osasuna" - 2:1
Rakitiç, 55, Yairo, 75 - Riera, 87
"Vilyareal" - "Valensiya" - 4:1
Uçe, 17, 49, Peres, 22, Santos, 84 - Kosta, 63
"Real Sosyedad" - "Almeriya" - 3:0
Qrizmann, 13, 50, Angel, 55
"Atletiko - "Betis" - 5:0
Oliver, 1, Vilya, 53, 57, Kosta, 65, Fernandes, 90

28 oktyabr
"Xetafe" - "Atletik" - 0:1
Laporte, 8


1 Barselona 10 9 1 0 30 - 7 28
2 Atletiko Madrid 10 9 0 1 26 - 7 27
3 Real Madrid 10 7 1 2 20 - 11 22
4 Vilyarreal 10 6 2 2 19 - 10 20
5 Athletik Bilbao 10 6 1 3 16 - 13 19
6 Xetafe 10 5 1 4 14 - 12 16
7 Levante 10 4 4 2 12 - 14 16
8 Espanyol 10 4 2 4 12 - 14 14
9 Real Sosyedad 10 3 4 3 11 - 10 13
10 Sevilya 10 3 4 3 17 - 17 13
11 Valensiya 10 4 1 5 13 - 17 13
12 Elçe 10 3 3 4 10 - 13 12
13 Qranada 10 3 2 5 6 - 10 11
14 Valyadolid 10 2 4 4 12 - 15 10
15 Selta 10 2 3 5 13 - 13 9
16 Malaqa 10 2 3 5 11 - 14 9
17 Rayo Valyekano 10 3 0 7 7 - 24 9
18 Betis 10 2 2 6 9 - 17 8
19 Osasuna 10 2 1 7 7 - 15 7
20 Almeriya 10 0 3 7 11 - 23 3