Nildo məşqlərə başladı
26.10.2013 - 02:33
Azərbaycan Superkubokunun qalibi olan “Xəzər Lənkəran” artıq doğma şəhərinə dönüb. Apasport.az saytının məlumatına görə, şəhərin girişində və stadionda azarkeşləri tərəfindən coşqu ilə qarşılanan komanda ötən gün “Qarabağ”la oyunun hazırlığına start verib.
Səhər məşqini Lənkərandakı bazasının fitness zalında keçirən “ağ-yaşıllar” Covanni Melkiorrenin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Axşam məşqini isə komanda əsas meydanda keçirib və futbolçular saat yarım taktiki planda müxtəlif tapşırıqları yerinə yetiriblər.
Hazırda cənublularda yalnız Junior Nildo zədədən əziyyət çəkir. Braziliyalı futbolçu artıq ötən gündən bəri fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, bu gün “Xəzər Lənkəran” “Qarabağ”la oyun öncəsi son məşqinə çıxacaq.
Mənbə: lankaranfc.com

0
0