FİFA prezidenti dünya çempionatı ilə bağlı dəyişiklik etmək istəyir
26.10.2013 - 05:34
FİFA prezidenti Yozef Blatter Dünya Çempionatı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına danışan ali futbol qurumunun rəhbəri Afrika Futbol Federasiyasının Dünya Çempionatına beş komanda ilə təmsil olunmasını ədalətsiz hesab etdiyini deyib.
Blatter DÇ-də iştirak edən 32 komanda arasında Avropa və Cənubi Amerika təmsilçilərinin çoxluq təşkil etdiyini bildirib: “Afrika və Asiya DÇ-də kifayət qədər təmsil olunmur. Hesab edirəm ki, bu vəziyyət aradan qaldırılmalıdır. Belə olan halda həmin ölkələrdə futbol nə qədər güclənsə də olnal bu kuboku qazana bilməyəcəklər. Afrikada 64 milli komanda olsa da, komandalardan yalnız beşi DÇ-də iştirak edə bilir. Fikrimcə, bu, ədalətsizlikdir”.

0
0