“Simurq”da 5 itki
26.10.2013 - 10:19
“Simurq”da 5 itki
Topaz Premyer Liqasının XI turunda “Neftçi”ni “Şəfa”da qəbul edəcək “Simurq” hazırlıqları davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, heyətdə oyunöncəsi zədəli və cəzalı futbolçuların çoxluğu məşqçilər korpusunu düşündürən məsələlərdəndir.

Belə ki, qırmızı vərəqə cəzalıları Draqan Çeran, İlkin Qırtımov və İdan Vaitzman, sarı vərəqə limiti dolan Rəşad Eyyubovla yanaşı, zədəli Rövşən Əmiraslanov bu görüşdə forma geyinə bilməyəcək. Ötən tur oyunöncəsi məşqdə damarın dartan Dilaver Zrnanoviç, “Neftçi” ilə oyunda komandasına kömək edə biləcək. Bosniyalı futbolçu artıq məşqlərdə də iştirak edir.

Qeyd edək ki, “Simurq” – “Neftçi” oyunu sabah saat 18:00-da start götürəcək.