Nazim Süleymanovun Tərlan Əhmədova görə gizlətdiyi məsələ
26.10.2013 - 11:40
Nazim Süleymanovun Tərlan Əhmədova görə gizlətdiyi məsələ
“Futbolçuların hamısına dedmişəm ki, biz nəyəsə nail olmaq istəyəriksə, özümüzdən başlamalıyıq. Bəli, baş məşqçidən çox şey asılıdır”. Apasport.az saytının məlumatına görə, bunu “Netfçi”nin baş məşqçisi Nazim Süleymanov deyib.

“Ağ-qaralar”la 1 gün öncə müqavilə imzalayan mütəxəssis bildirib ki, digər klublardan da təklif alıbmış: “Mən elə insan deyiləm ki, hər hansı bir məşqçinin dalınca danışım. Tək “Neftçi”dən yox, başqa klublardan da təklif almışdım. Ancaq Tərlan Əhmədov orda olduğu müddətdə bunu deməyim düz çıxmazdı. Məni “Xəzər Lənkəran”da da işləməyə qoymamışdılar. Ona görə də istəmədim, Tərlana da belə münasibət göstərim”.

Yığmamızın da məşqçilər korpusunda yer alan Süleymanov bildirib ki, AFFA rəhbərliyi ilə Superkubokdan sonra danışıb: “Onlar da mənə problem yaratmadılar. Dedilər, yolun açıq olsun. Beləcə milli ilə yollarımızı ayırdıq”.

Süleymanov futbolçu vaxtlarına da səyahət edib: “Mənim “Neftçi”dən çıxarılan vaxt incikliyim olmayıb. Onda sadəcə istəyirdim ki, futbolu orda oynayım. Ola bilərdi ki, “Alaniya”ya getməyim yaxşı oldu. Ancaq məni istəməyənlərə dərin təşəkkürümü bildirdim. Şimali Osetiyada çempion olduq. 30 yaşında bu respublikanın “Şöhrət” ordeni ilə təltif olundum”.