“Bilmirəm ki, Böyükağa Hacıyev mənim işimə qarışacaq, ya yox”
26.10.2013 - 11:57
“Bilmirəm ki, Böyükağa Hacıyev mənim işimə qarışacaq, ya yox”
“Yerli məşqçilərlə rəqabət deyəndə, gərək hamı öz işindən başlasın. Başqalarından üstün olmaq üçün yox, inkişaf etmək üçün çalışmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni baş məşqçisi Nazim Süleymanov deyib.

O, Böyükağa Hacıyevin klubda müşavir kimi işləməsi ilə bağlı da danışıb: “Mən klubun içində deyiləm. Hələ ki yeni gəlmişəm. Bilmirəm ki, Böyükağa Hacıyev mənim işimə qarışacaq, ya yox. Bir neçə gündən sonra mənə bu haqda sualı versəniz, məmnuniyyətlə buna cavab verərəm”.

Süleymanov heyətdə edəcəyi oyunçu dəyişiklikləri ilə bağlı isə bunu deyib: “Karlos Kardoso zədəlidir. Araz Abdullayev sarı vərəqə üzündən “Simurq”la oyunu buraxacaq. Dünən ilk məşqimi keçdim. Gəlin hələ tələsməyək. Mənim öz fikirlərim var. Gələcəkdə görəcəksiniz ki, hansı oyunçu dəyişiklikləri edəcəyik”.

Qeyd edək ki, Nazim Süleymanov “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.