“Xəzər Lənkəran” – “Qarabağ” oyunu yayımlanmayacaq
27.10.2013 - 12:54
“Xəzər Lənkəran” – “Qarabağ” oyunu yayımlanmayacaq
Topaz premyer liqasının XI turunun “Xəzər Lənkəran” – “Qarabağ” oyunu canlı yayımlanmayacaq. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşmanın futbolsevərlərə televiziya vasitəsilə nümayiş etdirilməsi nəzərdə tutulsa da bu mümkün olmayıb.

Saat 19:00-da başlayacaq matç heç bir kanal vasitəsilə göstərilməyəcək. Turun son görüşün yayımı müəyyən səbəblər üzündən gerçəkləşməyəcək.