Nazim Süleymanov debüt oyunundan danışdı
27.10.2013 - 21:11
Nazim Süleymanov debüt oyunundan danışdı
Topaz Premyer Liqasının XI turunda “Neftçi” səfərdə “Simurq”la 0:0 bərabərə qalıb. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun yeni baş məşqçisi Nazim Süleymanov debüt oyunundan sonar keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.

Süleymanov hesabdan narazı qaldığını deyib: “Komandamın oyunundan razı qalsam da, hesab məni qane etmədi. Belə hallar futbolda olur. Yetirmələrimə oyuna görə, mübarizə əzminə görə təşəkkür edirəm. Çoxlu qol imkanları yaratdıq, lakin istifadə edə bilmədik. Bu cür qol imkanlarına ciddi yanaşmaq lazımdır”.

Mənbə: pfl.az