Giorgi Çixradze: Heç-heçəni yaxşı nəticə hesab edirəm
27.10.2013 - 21:21
Giorgi Çixradze: Heç-heçəni yaxşı nəticə hesab edirəm
Topaz Premyer Liqasının XI turunda “Simurq” “Şəfa” stadionunda son çempion “Neftçi” ilə 0:0 bərabərə qalıb. Apaspor.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin baş məşqçisi Giorgi Çixradze oyundan sonar keçirilən mətbuat konfransında qazanılan bir xalı dəyərləndirib.

Gürcüstanlı mütəxəssis komandasının müdafiədəki çıxışını bəyəndiyini deyib: “Oyun maraqlı alındı. Komandam sona kimi mübarizə apardı. Oyunun sonlarına yaxın “Neftçi” qapımıza ciddi hücumlar təşkil etdi. Lakin, buna baxmayaraq, müdafiədə inamlı oynadıq. Çətin oyun oldu, heç-heçəni yaxşı nəticə hesab edirəm”.

Mənbə: pfl.az