Üçü oynadı, Nduka cəzalandı
28.10.2013 - 09:04
Türkiyə çempionatının I liqasında X turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışda çıxış edən Azərbaycan təmsilçilərinin klubları da növbəti matçlarını keçirib. Futbolçularımızdan yalnız 3-ü meydana çıxıb, onlardan da biri sarı vərəqə ilə cəzalanıb.
2 oyunçumuzun şərəfini qoruduğu “Tavşanlı Linyitspor” öz meydanında “Manisaspor”u uda bilməyib – 3:3. Andrey Popoviçin “18-liy”ə düşmədiyi matçda Usim Nduka 90 dəqiqə meydanda olub. Milliləşən nigeriyalımız 35-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Kahramanmaraşspor” səfərdə “İstanbul BB” ilə qarşılaşmada 0:3 hesabı ilə uduzub. Artıq neçə vaxtdır komandasının heyətinə düşməyən Fərid Quliyev bu dəfə də “18-lik”dən kənarda qalıb.
Çempionatın lideri “Orduspor” səfərdə “Dənizlispor”u məğlub edib – 1:0. Branimir Subaşiç qonaqların, Saşa Yunisoğlu isə meydan sahiblərinin heyətində qarşılaşmada əvəzolunmadan çıxış edib. Dənizli təmsilçisindəki daha bir futbolçumuz Arif İsayev isə “18-liy”ə düşməyib. 9 matçda 22 xal toplayan Ordu təmsilçisi isə zirvədəki mövqeyini qoruyub.
“Karşıyaka”nı qəbul edən “Fəthiyəspor” isə 0:3 hesabı ilə uduzub. Meydan sahibləri Davud Kərimiyə “18-lik”də də yer verməyib.

0
0