Millimizin hücumçusu 7 dəqiqə oynadı
28.10.2013 - 10:05
Yığmamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in U-23 komandası Regionalliqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər” evdə “Maynts 05”in II komandası ilə qarşılaşıb.
240 nəfərin izlədiyi görüş 2:2 hesabı ilə başa çatıb. Millimizin oyunçusu hesab 2:2 olarkən meydana çıxıb. O, 83-cü dəqiqədə italyanəsilli almaniyalı müdafiəçi Kaloqero Ritsutonu əvəzləyib. Ardıcıl 3-cü heç-heçəsini edən “Kayzerslautern” hazırda 23 xalla V sıradadır.
Qeyd edək ki, Rüfət Dadaşov millimizdə 2-si yoldaşlıq oyunu olmaqla 4 qol vurub.

0
0