Stepan Polyak: 0:0 hesabı bizim üçün yaxşı nəticədi - MÜSAHİBƏ
28.10.2013 - 15:37
“Simurq”un xorvatiyalı mərkəz yarımmüdafiəçisi Stepan Polyakın apasport.az saytına müsahibəsi
- “Neftçi” ilə oyunda 70 dəqiqə çıxış edən bir futbolçu kimi qarşılaşma haqqında fikirlərinizi öyrənmək istərdik.
- Qarşılaşmanı yaxşı keçirmədik. Çünki “Neftçi” ilə matçda ancaq müdafiə olunduq. Onların isə bir neçə qol şansları olsa da, yararlana bilmədilər. Bu baxımdan ədalətli olaraq deməliyəm ki, 0:0 hesabı bizim üçün yaxşı nəticə sayılmalıdır.
- Deməli, nəticədən razı qalmısınız...
- Niyə də razı qalmayaq ki... Bizim cəmi 1 dəfə rəqib qapısına yol tapmaq imkanımız oldusa, onlarda bunun sayı-hesabı yox idi. Rəqib futbolçular oyunboyu çoxlu təhlükəli hücumlar qurmaqla bizə problemlər yaşatdı. Etiraf edək ki, “Neftçi” oyunda daha yaxşı çıxış edən tərəf idi. Ona görə də məğlub olmadığımız üçün bu nəticəni yaxşı saymalıyıq.
- Müdafiədən oynamağınız baş məşqçinin tapşırığı idi?
- Yox, belə oynamağımızın baş məşqçi ilə heç bir əlaqəsi yoxdur. O bizə tapşırmamışdı ki, oyunu müdafiə olunmaqla keçirin. Əksinə baş məşqçi bizə demişdi ki, qol vurmaq üçün hücumlar quraq. Rəqib komanda çox güclü olduğundan, bizim hücumameylli futbolçular arxa xətti də düşünüb geri qayıtmalı idilər. Topu isə mümkün olduğu qədər yer ilə oynamalıydıq. Ancaq ötürmələr zamanı çoxlu səhvlərə yol verdik. Ona görə də düz-əməlli hücumlar da qura bilmədik.
- İlk dövrədə də “Neftçi”yə qarşı çıxış etmişdiniz. Hazırda bu komandanın yeni baş məşqçisi var. Hansı baş məşqçinin “Neftçi”si ilə oynamaq sizin üçün daha çətin idi?
- Bunu deyə bilmərəm. Səhv etmirəmsə, yeni baş məşqçi ilk oyununu bizə qarşı keçirtdi. Ancaq bizə qarşı keçirilən 1 oyunla yeni çalışdırıcının işinə qiymət vermək olmaz. Hər halda, biz zaman keçdikcə hansı “Neftçi”nin daha güclü olduğunu görəcəyik.
- Ötən mövsüm yaxşı çıxış etməklə hamının sizdən danışmasına səbəb olmuşdunuz. Bəs bu il sizə nə olub?
- Bilirəm ki, ötən mövsümlə müqayisədə yaxşı oynamırıq. Bu, komandada çoxlu oyunçu dəyişiklikləri ilə bağlıdır. Yeni komanda yaradılıb. Bu günə kimi heyətimizdə uyğunlaşma olmalıydı. Ancaq görürük ki, hələ kifayət qədər komplektləşməmişik.
- Siz özünüz də yayda “Simurq”u tərk edənlər arasında idiniz. Ancaq sonradan komandanın Avstriyadakı təlim-məşq toplanışına qatılmaq qərarına gəldiniz.
- Onda “Simurq”la mənim müqaviləmin müddəti başa çatmışdı. Mən də Xorvatiyaya getmişdim. Ancaq klub daha sonra mənim geri qayıtmağımı və yeni müqavilə bağlamağımı istədi.
- Siz həmin müddətdə özünüzə yeni klub axtarırdınız?
- Yox. Açığı, həmin vaxt başqa klublardan təklif də almamışdım. Hardasa 1 ay karyeramda fasilə oldu. İyulda isə məni çağırdılar və beləcə “Simurq”a qayıtdım.
Səbuhi TOFİQOĞLU

0
0