893 gün sonra “Neftçi” ilə - FOTO
28.10.2013 - 17:05
“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov 843 gündən sonra baş məşqçi kimi rəsmi oyunun iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, mütəxəssisin qayıdışı Topaz Premyer Liqasının oktyabrın 27-də baş tutan “Simurq”la qarşılaşmasına təsadüf edib.
Baş məşqçi kimi son iş yeri AZAL olan Süleymanov Avropa Liqasının Belarusda “Minsk”lə qarşılaşmasından sonra postunu tərk etmişdi. Bu isə 2011-ci il iyulun 7-də gerçəkləşmişdi. Həmin görüşdəki 1:2 hesablı məğlubiyyətdən 843 gün sonra çalışdırıcı digər paytaxt klubunda debüt etdi.
Süleymanovun Premyer Liqadakı son oyunu isə 2011-ci il mayın 18-də keçirilmişdi. Həmin vaxt AZAL öz meydanında “Qarabağ”ı 3:1 hesabı ilə yenmişdi. Mütəxəssis 2010/11 mövsümünün son turundakı həmin qələbədən 893 gün sonra ölkə çempionatında meydana komanda çıxardı.

0
0