Subaşiç qalmaqallı zarafatdan danışdı
28.10.2013 - 18:11
Azərbaycan millisinin və Türkiyənin “Orduspor” klubunun hücumçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi
- Türkiyə çempionatının I divizionunda mübarizə aparan “Orduspor”un işləri yaxşı gedir. Sonuncu turda vaxtilə millimizdə birgə çıxış etdiyiniz Saşa Yunisoğlunun formasını geyindiyi “Dənizlispor”a qarşı oynadınız. 1:0 hesabı ilə qalib gəldiyiniz matçla bağlı deyiləcək sözünüz var?
- Bəli, qalib gəldik. Ancaq oyun çox gərgin keçdi. Bunu hesabdan da görmək olar. Hazırda lider olsaq da, çox çalışmalıyıq. Önəmli olan bizim öz üzərimizə düşəni etməyimizdir. Nəticə özü gələcək.
- Qol epizodu ilə bağlı nə deyə bilərsiniz? Saşa əllə oynadığınızı söyləyir...
- Həmin anda əllə oynadığımı hiss etmədim. Açığı, arxası üstə yıxılmamaq üçün əllərimi qaldırmışdım. Oyundan sonra videotəkrarda gördüm ki, top azca toxunub. Ancaq mən bilərəkdən əllə oynamamışam.
- Qoldan sonra Yunisoğlu ilə mübahisə etməyiniz düzdür?
- Xeyr, mübahisə etməmişik. Saşa yaxşı oğlandır, həmin epizodda əllə oynadığımı etiraf etmədiyim üçün məni boğmaq istəməsi ilə bağlı dedikləri zarafatdır. Bizim çox yaxşı münasibətimiz var. Qarşılaşmadan sonra da onunla söhbətləşdik.
- “Orduspor” hazırda çempionatın vahid lideridir. Komandanızı yarışın ən güclüsü adlandırmaq olar, yoxsa əsas mübarizə hələ irəlidədir?
- Ən güclü olduğumuzu söyləməzdim, ancaq zirvədəki yerimizi qorumaq üçün əlimizdən gələni edirik. Hər oyuna final kimi yanaşırıq. Qarşımızda ciddi məqsəd var – Superliqaya yüksəlmək. Bu, elə də asan tapşırıq deyil. Elitaya vəsiqə qazanmağı təkcə “Orduspor” istəmir. Önəmlisi odur ki, “Orduspor” xarakteri olan bir komandadır.
- “Orduspor” 9 tur ərzində 15 qol vurub, hansı ki, onlardan ikisinin müəllifi sizsiniz...
- Bəli, 2 qol vurmuşam. Ancaq onlar həlledici olub. “Kasımpaşa” və “Tavşanlı Linyitsopr”u 1:0 hesabı ilə məğlub etdiyimiz görüşlərdə fərqlənmişəm. Həmçinin, sonuncu turda da qolun vurulmasında payım oldu. Topu tora kimin yollamağı yox, qalib gəlməyimiz önəmlidir. Üstəlik, əsas heyət oyunçusuyam, durumumdan razıyam.
- Klubla 2 illik müqaviləniz var. Bu isə o deməkdir ki, növbəti mövsümdə Türkiyə Superliqasında oynaya bilərsiniz...
- Düzdür, müqaviləm 2 illikdir. Ancaq bildiyiniz kimi, Türkiyə Futbol Federasiyası “Orduspor”a transfer etməyi qadağan edib. Baxaq, görək nə olur. Superliqaya aparan yol uzun və çətindir.
- “Orduspor”da əsas heyət üzvü olsanız da, Berti Foqts sizi millinin son oyunlarına çağırmadı. Səbəb nədir?
- Səbəb Lüksemburqla Bakıdakı oyunda qırmızı vərəqə almağımdır. İstəmədən oldu. Tanıyanlar bilir ki, bu, mənim tərzim deyil. Lüksemburqdan sonra Malta ilə yoldaşlıq görüşü keçirtdik. Lakin mən İsrail və Şimali İrlandiya ilə matçları cəza üzündən buraxacağımdan Foqts Malta ilə hazırlıq qarşılaşmasına çağırmadı. Vəziyyət elə gətirdi ki, Rusiya ilə görüşü də buraxmalı oldum. Alman çalışdırıcının bundan sonra mənə dəvət göndərib-göndərməyəcəyini bilmirəm.
- Berti Foqtsun millimizin baş məşqçi postunda qalacağı dəqiq deyil. Ümumiyyətlə, siz özünüz hələ də yığmada oynamaqda maraqlısınız?
- Hazırda bütün fikrimi “Orduspor”a yönəltmişəm. Ancaq Azərbaycan millisində oynamaq mənim üçün şərəfdir. Nə vaxt dəvət olsa, gələcəyəm.
ŞAMO

0
0