“Hoffenhaym” – “Bayer” matçı təkrar keçirilməyəcək
28.10.2013 - 18:03
Almaniya Futbol Federasiyası Bundesliqanın IX turu çərçivəsində keçirilən “Hoffenhaym” - “Bayer” (1:2) görüşü ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, bu gün assosiasiyanın inzibati binasında baş tutan toplantıda meydan sahiblərinin şikayəti təmin edilməyib.
Belə ki, sözügedən matçda “Bayer” 0:1 hesabı ilə geridə olan zaman qonaqların hücumçusu Ştefan Kisslinqin zərbəsi qapı torunu yandan cıraraq, içəri keçib. Görüşün baş hakimi Feliks Brix isə səhvə yol verərək, bunu qol kimi qeydə alıb. Ardından daha bir qol buraxaraq uduzan “Hoffenhaym” qarşılaşmadan sonra federasiyaya şikayət edib. Lakin rəhbər şəxslər matçın nəticəsini ləğv etməyi və təkrar keçirilməsini lazım bilməyiblər.

0
0