“Rəvan”da istirahət bitdi
28.10.2013 - 18:40
Topaz Premyer Liqasının XI turu çərçivəsində “Bakı” ilə bərabərə qalan “Rəvan”ın komanda üzvlərinə verdiyi iki günlük istirahət başa çatıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, şənbə və bazar günü dincələn futbolçular bu gün yenidən bir araya gəlib. Bununla da “Rəvan” XII turda üz-üzə gələcəyi "İnter”lə oyunun hazırlıqlarına start verib.
Bu gün “Bayıl Arena”da baş tutan məşqdə baş məşqçi Şahin Diniyev Tofiq Mikayılov istisna olmaqla, bütün yetirmələrinə tapşırıqlarını verə bilib. Zədəli Elvin Həsənəliyevlə Sohib Savankulov, eləcə də son oyunu cəzalı olmasına görə buraxan Miloş Adamoviç komanda ilə hazırlıqlara qatılıb. Bugünkü çalışmalar taktiki-texniki yöndə olub. Baş məşqçi yetirmələrinin topla rəftarının səviyyəsini yüksəltmək üçün müxtəlif təmrinlər həyata keçirib.

0
0