Daha bir milli yeni baş məşqçisinə qovuşdu
28.10.2013 - 20:28
DÇ-2014 seçmə mərhələsində alınan uğursuz nəticələrdən sonra Polşa millisindən göndərilən baş məşqçi Valdemar Fornalikin əvəzləyicisi tapılıb. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, ölkənin futbol federasiyası 56 yaşlı çalışdırıcı Adam Navalka ilə anlaşıb.
Mətbuata açıqlama verən federasiya prezidenti Zbigiyev Boniyek 2016-cı ildə keçiriləcək Avropa Çempionatına qatılmaq istədiklərini və bu hədəfə çatmak üçün Navalkanın doğru seçim olduğunu bildirib. Boniyek yeni baş məşqçi ilə noyabrın 1-də rəsmi müqavilə imzalanacağını deyib.
Qeyd edək ki, polşalı mütəxəssis 2010-cu ildən bəri yerli “Qornik Zabrze” klubunda baş məşqçi işləyir.

0
0