Qarşılaşmadan əvvəl 48 nəfər xəstəxanalıq oldu - VİDEO
28.10.2013 - 21:57
Qarşılaşmadan əvvəl 48 nəfər xəstəxanalıq oldu - VİDEO
Ötən gün Portuqaliya çempionatı çərçivəsində keçirilən “Porto” – “Sportinq” (3:1) qarşılaşmasından əvvəl xoşagəlməz hadisələr baş verib. Apasprt.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, oyunun keçirildiyi “Draqao” stadionunun qarşısında iki komandanın azarkeşləri arasında dava düşüb. Hadisə nəticəsində 48 nəfər futbolsevər yaralanaraq xəstəxanaya aparılıb.