Hakim futbolçunu soyunub-geyinmə otağında cəzalandırdı
28.10.2013 - 23:38
Hakim futbolçunu soyunub-geyinmə otağında cəzalandırdı
İngiltərə Premyer Liqasının IX turu çərçivəsində keçirilən “Mançester Yunayted” – “Stok Siti” (3:2) qarşılaşmasında maraqlı hadisə baş verib. Apasport.az saytı yerli KİV-ə istinadən məlumat verir ki, matçın baş hakimi qonaq komandanın futbolçusu Rayn Şoukrossa soyunub-geyinmə otağında sarı vərəqə göstərib.

Buna səbəb Şoukrossun oyun boyunca “qırmızı şeytanlar”ın hücumçusu Robin van Persi ilə tez-tez mübahisə etməsi və bunu fasiləyə yollanarkən də davam etdirməsi olub.

Bu hadisəyə münasibət bildirən “Stok Siti”nin baş məşqçisi Mark Huges çox təəccübləndiyini deyib: “Çox təəccübləndim. Çünki nə futbolçu, nə də baş məşqçi karyeram ərzində belə hadisə ilə rastlaşmamışam”.