Teves: Mən “Yuventus”un lideri deyiləm
29.10.2013 - 02:58
“Yuventus”un ulduz futbolçusu Karlos Teves komandadakı vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan argentinalı hücumçu komandasının lideri olmadığını deyib:
“Mən lider deyiləm. “Yuventus”da hamı liderdir. Bu halda komanda şəklində çıxış edirik və birlikdə inkişaf edirik. Bu komanda üçün əliçdən gələnin ən yaxşısını etmək istəyirəm”.
Teves Çempionlar Liqasındakı və “Fiorentina” qarşısında əldə etdikləri uğursuz nəticələri və son matçdakı “Cenoa” qalibiyyətini də dəyərləndirib: “Yuventus” qalib gəlməyəndə böhranda olduğumuzu düşünürlər. “Cenoa” ilə oyunda istədiyimizi meydanda tətbiq edə bildik və hamıya problem yarada biləcək nəticə qazandıq. Hazırda son dərəcə səbirliyik. Çenki mövsüm sonuna qədər oynayacağımız çox qarşılaşma var”.
Qeyd edək ki, Teves bu yay İngiltərənin “Mançester Siti” klubundan “Yuventus”a transfer olunub.

0
0