Millinin sabiq qapıçısı avtomobil yarışlarında çempion oldu
29.10.2013 - 07:55
Futbol üzrə Fransa yığma komandasının və “Mançester Yunayted”in sabiq qapıçısı Fabyen Bartez maraqlı hadisə ilə gündəmə gəlib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, milli komanda ilə Dünya və Avropa çempionu olmuş 42 yaşlı keçmiş qolkiper avtomobil yarışlarında ölkə birincisi olub.
Belə ki, Fransa Qran Turizmo yarışlarında iştirak edən Bartez 174 xal toplayaraq ölkə çempionu olub. 2007-ci ildən bəri bu sahədə peşəkar olaraq məşğul olan keçmiş qapıçı nəhayət ki birinci yerə yüksələ bilib.
Qeyd edək ki, Bartez 2006-cı ilin oktyabr ayında futbolçu karyerasını başa vurub.

0
0