“Terek” Syominə elçi düşdü
29.10.2013 - 09:57
“Terek” Syominə elçi düşdü
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiyanın “Terek” klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, bu ilin yayından ölkəmizdə çalışan rusiyalı mütəxəssis Yuri Krasnojanın istefasından sonra boş qalan baş məşqçi postuna 2 namizəddən biridir.

Belə ki, “Terek” rəhbərliyi Moskva “Lokomotiv”inin 2 sabiq çalışdırıcısı – Syomin və Raşid Rahimovdan birini bu posta gətirmək istəyir. Klubun vitse-prezidenti Haydar Alxanov da komandaya rusdilli mütəxəssisin gətiriləcəyini açıqlayıb. Lakin Syomin müqavilə ilə “Qəbələ”yə bağlı olduğundan Çeçenistan təmsilçisinin onunla anlaşacağı o qədər də inandırıcı görünmür.