İlin ən yaxşı məşqçisi adına 10 namizəd
29.10.2013 - 10:44
İlin ən yaxşı məşqçisi adına 10 namizəd
FİFA ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu ilə mükafatın təsisçisi olan “France Football” nəşrinin tərtib etdiyi siyahıda 10 mütəxəssisin adı var.

Seçicilərin Karlo Ançelotti (PSJ / “Real”), Rafael Benites (“Çelsi” / “Napoli”), Antonio Konte (“Yuventus”), Visente del Boske (İspaniya millisi), Aleks Ferqyusson (“Mançester Yunayted”in sabiq çalışdırıcısı), Yupp Haynkess (“Bavariya”nın sabiq çalışdırıcısı), Joze Mourinyo (“Real” / “Çelsi”), Luis Felipe Skolari (Braziliya millisi) və Arsen Vengerə (“Arsenal”) səs vermək imkanı var.

Qeyd edək ki, mükafatın sahibi yığmaların baş məşqçilərinin və kapitanlarının, habelə jurnalistlərin səslərinin nəticələrinə əsasən müəyyənləşəcək. Qalibin adı gələn il yanvarın 13-də bəlli olacaq.

2012-ci ildə İspaniya millisinin baş məşqçisi Visente del Boske rəqiblərini qabaqlayaraq, ən yaxşı mütəxəssis seçilmişdi.