“Eto`O Kamerunun gələcək prezidentidir”
29.10.2013 - 11:03
Rusiyanın “Anji” klubunun sabiq vitse-prezidenti Zaydin Cambulatov Samuel Eto`O və Roberto Karlosla bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, o, Mahaçqala klubunun sabiq futbolçularının bir-birə ilə isti münasibətdə olmadıqlarını bildirib.
“Onlar dost deyildilər, ancaq açıq-aşkar düşmənçilik də etmirdilər. Fərqli şəxsiyyətlər idi. Karlosla müqayisədə, Eto`O intellektli adamdır. Braziliyalı sadə rayon uşağıdır, amma Samuel Kamerunun gələcək prezidentidir” – deyə, Cambulatov söyləyib.
Sabiq klub rəsmisi bildirib ki, Roberto Karlos “Anji”nin baş məşqçisi olacaq qədər ağıllı deyil: “Süleyman Kərimov (“Anji”nin prezidenti) heç vaxt Robertonu baş məşqçi qoymazdı. Karlos sadəcə, yaşlandıqca futbol bilikləri toplayıb, qeyri-adi bacarığı yoxdur. O, ən yaxşı halda ikinci “səkkizlik” klubunda işləyə bilər. Amma Eto`O ağıllı və dərin düşüncəli birisidir. Kamerunlu təkcə Kərimovu deyil, “Anji”də çalışan insanları da yaxşı mənada təəccübləndirirdi. O, adi işçilərlə maraqlanır, maaşlarını vaxtında alıb-almadıqlarını soruşurdu”.

0
0