Ata və oğul eyni komandada
29.10.2013 - 11:42
Uruqvayın “Miramar Misyones” klubu qeyri-adi transfer həyata keçirib. Apasport.az saytının məlumatına görə, hazırda Primerada mübarizə aparan və turnir cədvəlinin sonucu pilləsində qərarlaşan Montevideo təmsilçisi ata və oğulu rənglərinə bağlayıb.
Özü də ata Avropada kifayət qədər yaxşı tanınan futbolçudur. Söhbət “Deportivo”, “Malyorka”, “Birmingem”, “Vilyarreal” kimi klubların formasını geyinən Valter Pandianidən gedir.
37 yaşlı veteran son mövsümü oğlu Nikolas ilə İspaniya çempionatının III divizionunda mübarizə aparan “Atletiko Baleares”də keçirib. İndi isə uruqvaylı forvard 19 yaşlı müdafiəçi oğlu ilə birgə vətənə dönməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, Valter Pandiani Uruqvay millisinin də şərəfini qoruyub.

0
0