Topaz Premyer Liqası: Yatan bombardirlər
29.10.2013 - 12:49
Topaz Premyer Liqasının 2013/14 mövsümünün arxada qalan hissəsi hücumçuların passivliyini göstərir. Apasport.az saytının məlumatına görə, çempionatın 11 turundan sonra ən məhsuldar oyunçuların 5 qol vurması əvvəlki 5 mövsümlə müqayisədə antirekorddur.
Yalnız 2 il əvvəl 11 matçdan sonra bombardir indiki qədər az – cəmi 5 qol vurmuşdu. Ötən il bu siyahıya 7 qolla Junior Nildo başçılıq edirdi. İndi həm onun, həm də Bahodir Nasimovun hesabında cəmi 4 top var.
Hərçənd, sonuncu 2010/11 mövsümünün startındakı 11 qarşılaşmada 12 dəfə fərqlənməklə orta məhsuldarlıqda 1-i arxada qoymuşdu. İndi isə bombardirlər yarışında şərikli lider olan 2 futbolçu – Mindauqas Kalonasla Reynaldo Silva ikisi birlikdə 10 qol vuraraq, Nasimovun həmin göstəricisindən geri qalır.
İlk 11 turun bombardirləri
2008/09. İvan Svetkov (“Xəzər-Lənkəran”) – 9
2009/10. Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 6
2010/11. Bahodir Nasimov (Neftçi) - 12
2011/12. Sergey Artyux (Turan) – 5
2012/13. Junior Nildo (AZAL) – 7
2013/14. Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ) - 5 qol

0
0