AFFA hakimi söyən futbolçuları cəzalandırdı
29.10.2013 - 13:20
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XI turunun və Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarında baş verən xoşagəlməz hadisələr müzakirə olunub və müvafiq qərarlar verilib.
Bundan başqa Azərbaycan Superkubokunun “Xəzər Lənkəran” – “Neftçi” matçı da müzakirə mövzusu olub. Hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Qarşılaşmanın 64-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün ona 1 oyunluq cəza, klubuna 200 manat cərimə kəsilib. Bu cəza yalnız Superkubok oyununa şamil edilir.
Azərbaycan kubokunun 1/16 final mərhələsində baş tutan MOİK – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla meydan sahiblərini azlıqda qoyan Ramil Əliyev 1 oyunluq cəzalanıb, klubunu 20 manat ziyana salıb. “Mil-Muğan” – “Lokomotiv” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün İmişli təmsilçisi 100 manat ödəyəcək. Qadın referi Səbayel Qurbanovanın idarə etdiyi matçın iştirakçıları isə ədalət təmsilçilərini də söyməkdən çəkinməyib. Görüşün 42-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Vasif Mehrəliyev, 79-cu dəqiqədə “Lokomotiv”in oyunçusu Nicat Əsgərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəza alıb və klubunu 400 manat xərcə salıb. Matçın 88-ci dəqiqəsində “Lokomotiv”in üzvü Kənan Cəfərovla “Mil-Muğan”lı Nicat Fərəcli biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 200 manat cəriməyə məruz qalıb.
Topaz Premyer Liqasının XI turunun “Rəvan” – “Bakı” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar 1000 manat ziyana düşüb.

0
0