“O, başqa kluba keçmək istəsə...”
29.10.2013 - 13:24
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi
- Öncə ötən tur “Sumqayıt”la keçirilmiş matçla bağlı düşüncələrinizi bilmək istərdik.
- Qələbə qazansaq da, açığı, komandanın oyunu məni qane etmədi. Bəlkə də bu ondan idi ki, futbolçular meydana yenə arxayın çıxmışdılar. Ola da bilər ki, onlarda hardasa yorğunluq vardı. Ancaq istənilən halda, qələbə qazandıq. Futbolda hər şey olur. Digər komandalara da fikir verirsinizsə, zəif klublarla oynayarkən xal itirir.
- Elə bunu soruşacaqdıq. İlk görüşdə olduğu kimi, autsayderlə oyunda yenə xal itirmək qorxusu vardımı?
- Belə deyək. Matçın ilk 10-15 dəqiqəsi göstərdi ki, “Sumqayıt” əvvəlki kimi əzmkar futbol nümayiş etdirmir. İlk oyunda bu komanda meydana güclü motivasiya ilə çıxmışdı. Bilmirəm, bu nədən irəli gəlirdi. Ola bilər ki, doğma meydan və digər amillər onların qalib gəlməsinə kömək etmişdi. Ancaq bu dəfə onların qələbə qazanmaq şansları demək olar ki, yox idi. Səviyyə fərqi çox böyük idi.
- Bayaq dediniz ki, komandanızın oyunundan razı qalmadınız...
- O mənada razı qalmadım ki, “Sumqayıt”a qarşı daha yaxşı çıxış etmək olardı. Qol vurduqdan sonra futbolçular rahatlaşdılar. Halbuki, daha çox top vura bilərdik.
- Növbəti tur “Qarabağ”la qarşılaşacaqsınız. Turnir cədvəli baxımından önəmli olan bu matç “Böyük oyun”u müəyyən mənada kölgədə qoyub. “Qarabağ”a da ilk oyunda məğlub olmuşdunuz. Səfərdə lideri məğlub etmək mümkün olacaqmı?
- Birinci oyunu bu görüşlə müqayisə etmək istəməzdim. İlk qarşılaşmada həqiqətən bəxt amili “Qarabağ”ın tərəfində oldu. Bildiyiniz kimi, “Qarabağ” hazırda ölkənin 3 ən güclü komandasından biri, bəlkə də birincisidir. Bu, tam formalaşmış bir komandadır. Ancaq “Qəbələ” də ayrı-ayrı komponentlərinə, oyun üslubuna görə “Qarabağ”dan geri qalmır.
- Belə demək mümkündürmü ki, qalib gələn tərəf böyük ölçüdə qış çempionu olacaq?
- Bunu deyə bilmərəm. Ancaq buna da inanmıram. Çünki “Neftçi” amili də var. Qış fasiləsinə kimi bu komanda və digər iddialı klublarla qarşıda oyunlarımız var. Bunu demək hələ tezdir.
- “Terek”in baş məşqçisi Yuri Krasnojanın istefasından sonra Rusiya mətbuatı Qroznı təmsilçisinin Yuri Syominə elçi düşdüyünü bildirib...
- Açığı, “Terek”in Yuri Syominlə maraqlanmasını ilk dəfə sizdən eşidirəm. Ancaq istənilən halda, bizim Syominlə yaya kimi müqaviləmiz var. Müqavilənin müddəti 1 illikdir. Anlaşmanın müddəti başa çatdıqdan sonra başqa kluba keçmək istəsə, buna hörmətlə yanaşacağıq. Və yaxud, bir-birimizlə əməkdaşlıqdan məmnun olarıqsa, yeni müqavilə haqda müzakirə apara bilərik. Şəxsən mən istərdim ki, o bizimlə əməkdaşlığını davam etdirsin.
- Qış fasiləsinə 7 tur qalıb. Amma “köhnə qvardiya”dan Deyan Kelhar, Lorival Assis və Yannik Kamanan əvvəlki kimi start heyətə düşə bilmir. İndidən bu futbolçuların qışda göndəriləcəyini ehtimal etmək olar?
- Yox. Onların ehtiyatda qalmasının səbəbi ondadır ki, həmin vaxt meydanda olanlar bu futbolçulardan daha güclüdür. Məşqçinin sayəsində komandada çox sağlam rəqabət var. Syomin çox peşəkar məşqçidir və hamıya eyni gözlə baxır. Həmin oyunçuların özləri də qəbul edir ki, meydana çıxan futbolçular bunlardan daha uğurludur. Məsələn, hücumçu 4-5 oyunda qol vura bilmirsə, digəri onu əvəzləyib ardıcıl 3-4 matçda fərqlənirsə, deməli, özünü göstərə bilməyən forvardın ehtiyatda qalması layiqdir. Hər halda, bu futbolçular haqqında qərarları baş məşqçi verəcək. Onların komandadan ayrılması haqqında danışmaq hələ tezdir.
Səbuhi TOFİQOĞLU

0
0