“Qəbələ” müdafiəçisini icarəyə verir - FOTO
29.10.2013 - 13:40
“Qəbələ” müdafiəçisini icarəyə verir - FOTO
Müqavilə ilə “Qəbələ”yə məxsus olan Kristian Pulhakın futbolsuz günləri başa çatmaq üzrədir. Apasport.az saytının əldə etdiyi məlumata görə, rumıniyalı müdafiəçi qış fasiləsində icarəyə verilə bilər.

Bunu əməkdaşımızla söhbətində “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov açıqlayıb. O bildirib ki, müqaviləsi yaya kimi olan 29 yaşlı sol cinah futbolçusu hazırda ölkəmizdə fərdi şəkildə məşq etməklə kifayətlənir. Halbuki, bəzi mənbələrdə onun sərbəst futbolçu olduğu, iyulun 8-də müqaviləsini klubla qarşılıqlı şəkildə pozduğu bildirilir.

Qeyd edək ki, bu ilin qışında Ramiz Məmmədov tərəfindən Buxarest “Dinamo”sundan komandaya götürülən Pulhak ilk vaxtlar özünü yaxşı göstərsə də, sonradan çıxışında eniş yaşandı. Nəticədə Yuri Syomin gələn kimi onu əsas komandadan uzaqlaşdırdı.