“Rəvan”ın futbolçusu 4 oyunluq cəzalandırıldı
29.10.2013 - 14:03
AFFA-nın İntizam Komitəsi əvəzedici komandaların çempionatı ilə bağlı da qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, XI turun 2 qarşılaşmasında qırmızı vərəqə qeydə alınıb.
“Rəvan” – “Bakı” oyununun 21-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Miloş Adamoviç burda da dinc dayanmayıb. Serbiyalı oyunçu hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna görə onun cəzası 4 oyunluq olub, klubu isə 2000 manat cərimə ödəməlidir. Həmin oyunun 88-ci dəqiqəsində “Rəvan”ın cinah müdafiəçisi Orxan Lalayev isə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydanı tərk etməli olub. Gənc futbolçu 1 oyunluq cəzalandırılmaqla yanaşı, klubunu 100 manat xərcə salıb.
“Simurq” – “Neftçi” oyunun 59-cu dəqiqəsində qonaqların futbolçusu Tural Məmmədli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Onun da cəzası Lalayevinki kimi olub. Bu görüşün 83-cü dəqiqəsində “Simurq”un oyunçusu Kənan Müslümov isə öz komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Müslümov 3 oyunluq cəzalandırılıb. “Simurq” buna görə 1000 manatından keçməlidir.
Qeyd edək ki, Miloş Adamoviç X turun “Neftçi” ilə oyununun 28-ci dəqiqəsində sarı vərəqə almaqla cəzalı duruma düşmüşdü. Ancaq göründüyü kimi, o, əvəzedici komandada da özünü yaxşı aparmağı bacarmayıb.

0
0