“Simurq” gözləyir: Çempion, yoxsa lider?
29.10.2013 - 14:44
“Simurq” gözləyir: Çempion, yoxsa lider?
Sabah Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, sonuncu 1/8 finalçının adına Naxçıvanda aydınlıq gələcək.

Yarışın ilk mərhələsinə I divizion təmsilçiləri “Araz-Naxçıvan” və “Ağsu” arasında qarşılaşma ilə yekun vurulacaq. Meydan sahibləri indiki çempionatın vahid lideridir. Qonaqlar isə ötən mövsüm çempion olan, lakin Premyer Liqaya yüksələ bilməyən komandadır.

Cari mövsümdə hələ üz-üzə gəlməyən çempionla liderin duelinin 1/8 finaldakı rəqibi isə məlumdur. Belə ki, I divizion təmsilçiləri arasında matçın qalibi Zaqatalanın “Simurq” komandası ilə görüşəcək.

30 oktyabr (çərşənbə)
14:00. “Araz Naxçıvan” – “Ağsu”
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu