Elxan Məmmədov UEFA-nın yığıncağında
29.10.2013 - 15:01
Elxan Məmmədov UEFA-nın yığıncağında
Bu gün UEFA-nın mənzil qərargahında “Fair Play” və Sosial Məsuliyyət Komitəsinin iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə Azərbaycan da təmsil olunacaq.

Yığıncaqda AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edəcək. O, həm də sədrin 2-ci müavini olduğu bu komitənin iclasına qatılmaq üçün İsveçrəyə yollanıb.

Mənbə: affa.az