Ruslan Abışov nəyə ümid edir?
29.10.2013 - 15:05
Millimizin və “Rubin”in futbolçusu Ruslan Abışov zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, bu barədə həmyerlimizin özü məlumat verib.
DÇ-2014-ün seçmə mərhələsinin son oyununda, Azərbaycan – Rusiya matçında zədələnən Abışov noyabrın 1-dən etibarən ümumi qrupla məşqlərə başlayacaq: “Bütün zədələr sağalıb, özümü yaxşı hiss edirəm. Yaxın bir neçə gündə yüngül məşqlər edəcəyəm. Bu gün bir az qaçdım. Cümə günündən etibarən ümumi qrupa qoşulacağam. Təəssüf ki, “Rostov”la oyunda meydana çıxa bilməyəcəyəm. Ancaq ümid edirəm ki, Avropa Liqasında “Viqan”la görüşdə tam hazır olacağam”.
Qeyd edək ki, Ruslan Abışov “Rubin”də əsas heyətə düşməkdə çətinlik çəkir.

0
0