“Arsenal” ölkə çempionatında mübarizəni dayandırır
29.10.2013 - 15:57
“Arsenal” ölkə çempionatında mübarizəni dayandırır
Ukraynanın “Arsenal” klubu ölkə çempionatındakı çıxışını dayandıracaq. Apasport.az saytının məlumatına görə, buna səbəb klubun sponsor tapa bilməməsidir.

Bununla bağlı Kiyev təmsilçinin rəsmi saytında klubun baş direktoru Viktor Qolovkonun adından bəyanat yerləşdirilib: “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, sponsor tapılmadı. Çağırışlara baxmayaraq, “Arsenal” klubuna belə bir ağır vəziyyətdə heç kim kömək etmək istəmədi. “Arsenal” müflis olmaq prosesinə başlayır və ölkə çempionatından çıxır. İnanın, bunu etmək çətindir. Son ana qədər mən və futbolçular kiminsə yardım əlini uzadacağına ümid edirdik. Ancaq təəssüf ki, bu klub heç kəsə lazım olmadı”.