“Millimiz Bakıda oynayanda onunla danışıqlar aparırdıq”
29.10.2013 - 16:06
“Millimiz Bakıda oynayanda onunla danışıqlar aparırdıq”
DÇ-2014-ün seçmə mərhələsinin Bakıda Azərbaycan milli komandası ilə keçirilən oyunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nil üçün heç bir əhəmiyyət kəsb etməyib. Apasport.az saytının məlumatına görə, böyük britaniyalılar oktyabrın 11-dəki görüş ərəfəsində də mütəxəssisi postunda saxlamaq niyyətində olub.

Bunu Şimali İrlandiya futbol Assosiasiyasının prezidenti Cim Şou açıqlayıb. O bildirib ki, 0:2 hesabı ilə uduzduqları març zamanı da danışıqlar start götürübmüş: “O’Nillə danışıqlarımız davam etməkdədir. Bu prosesə hələ Azərbaycan yığması ilə oynadığımız ərəfədə başlamışıq. Lakin hələ də bu məsələyə nöqtə qoyulmayıb. 2 gündən sonra onu federasiyanın şurasına çağırıb danışıqları bitirməyi planlaşdırmışıq”.