Juravski, Kastro-Telyo, Etame
29.10.2013 - 17:25
“Qarabağ” “Xəzər Lənkəran”la son qarşılaşmadan 3:0-lıq qələbə ilə ayrılaraq vahid liderliyə yüksəldi. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son 3 matçından eyni hesablı qalibiyyətlərlə ayrılan “Qarabağ” çempionatda ən çox qol vuran (20) və ən az top buraxan (4) komandadır.
Ümumiyyətlə, son 5 qarşılaşmada qol buraxmayan Ağdam təmsilçisini sonuncu dəfə VI turda “Rəvan”ın çilimənşəli isveçli forvardı Sebastyan Kastro-Telyo məyus edib. Həmin qarşılaşmanın son 70 dəqiqəsini və son 5 oyunu nəzərə alsaq, “ağ-qaralar” tam 520 dəqiqədir ki, qol buraxmır.
Təbii ki, bunda “Qarabağ”ın qolkiperi Fərhad Vəliyevin də rolu böyükdür. Artıq 7 ildir ki, “Qarabağ”ın uğurları üçün tər tökən qolkiper 83-cu dəqiqədə “Xəzər Lənkəran”ın kamerunlu forvardı Mbilla Etamenin penaltisini dəf edərək seriyasının qırılmasına imkan verməyib.
Qeyd edək ki, Fərhad sonuncu dəfə “Qarabağ”ın heyətində penaltini 2010-cu ildə, Avroliqanın III mərhələsində “Visla”yla baş tutan ilk oyunda dəf etmişdi. 90-cı dəqiqədə Matsey Juravskinin “11 metrlik” zərbəsini dəf edən 33 yaşlı qolkiper təmsilçimizin 1:0-lıq qələbəsinə səbəb olmuşdu.

0
0