“Buna şübhə edirəm”
29.10.2013 - 18:53
Dünya çempionatının final mərhələsində çıxış edən komandaların sayının artırılmasına FİFA-nın münasibəti məlum olub. Apasport.az saytının məlumatına görə, qurumun baş katibi Jerom Valke UEFA prezidenti Mişel Platininin təklifinə münasibət bildirib.
Rusiyaya səfər edərək bu ölkənin DÇ-2018-ə hazırlığı ilə tanış olan qurum rəsmisi növbəti mundiallarda 32 deyil, 40 yığmanın oynayacağına inanmadığını qeyd edib: “DÇ-2018 və DÇ-2022-yə hazırlıq planı 32 iştirakçı üçün nəzərdə tutulub. Birdən-birə bu sayı 40-a çatdırmaq təşkilatçılar üçün çətinlik yaradar. Çünki bu dəyişiklik stadionların sayına və bir çox başqa şeyə təsir edər. Lakin istənilən halda belə məsələlər İcraiyyə Komitəsinin səlahiyyətlərindədir. Mən isə heç vaxt “heç vaxt” demirəm. Amma DÇ-2018-də 40 komandanın oynayacağına da şübhə edirəm”.

0
0