“Xəzər Lənkəran” üçün xüsusi tort - FOTOSESSİYA
30.10.2013 - 02:06
“Xəzər Lənkəran” üçün xüsusi tort - FOTOSESSİYA
“Xəzər Lənkəran”ın futbolçuları və məşqçilər korpusu Lənkəranda yerləşən “Panço” şirniyyat evində olublar. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, adıçəkilən müəissə kollektivinin “ağ-yaşıllar”ı Azərbaycan Superkubokunu qazanması münasibətilə dəvətini qəbul edən komanda şirniyyat masası arxasında oturub.

Öncə Supekubokun əksi olan böyük tortu kapitan Rahid Əmirquliyev alqışlar altında kəsib. 40 dəqiqə müddətində davam edən görüşdə “Panço” şirniyyat evinin kollektivi komandanı müxtəlif şirniyyatlara qonaq edib və “Xəzər Lənkəran”ın uğurundan fərəhləndiklərini bildirərək, qarşıdakı oyunlarda da uğurlar diləyib.

Daha sonra “Xəzər Lənkəran”ın futbolçuları Heydər Əliyev mərkəzində olaraq Ulu Öndərin həyatını əks etdirən muzeylə tanış olublar. Futbolçulara Heydər Əliyev muzeyindəki eksponatlar haqqında geniş məlumat verilib.