“Cənab prezident, futbolçumuz barədə dediklərinizi təəccüb içində oxuduq”
30.10.2013 - 09:51
“Cənab prezident, futbolçumuz barədə dediklərinizi təəccüb içində oxuduq”
FİFA prezidenti Yozef Blatterin Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo barədə səsləndirdiyi fikirlər ciddi narazılığa səbəb olub. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun rəhbəri Florentino Peres bundan məyus olduğunu ifadə edib.

Həmçinin, “Real” etiraz əlaməti olaraq, Blatterə rəsmi məktub ünvanlayıb: "Cənab prezident, futbolçumuz barədə dediklərinizi təəccüb içində oxuduq. Fikirləriniz klubda çalışan şəxslər və azarkeşlərimiz tərəfindən narazılıqla qarşılanıb. Xüsusən ona gərə ki, bu məqbul olmayan sözlər FİFA prezidentinə aiddir. Ronaldo özündə idman dəyərlərini əks etdirir. Digər tərəfdən, hesab edirik ki, sizin sözləriniz “Qızıl top”un səsverməsində iştirak edəcək adamlara təsir edə bilər”.

Qeyd edək ki, Yozef Blatter İspaniya mətbuatına müsahibəsində Ronaldonun meydanda özünü komandir kimi apardığını, saç düzümünə Messidən çox pul xərclədiyini söyləyib. O, hər iki ulduz futbolçudan xoşu gəldiyini, amma daha çox Messini bəyəndiyini bəyan edib.