Fərid Quliyev əvəzedici komandaya göndərildi
30.10.2013 - 10:32
Fərid Quliyev əvəzedici komandaya göndərildi
Millimizin sabiq hücumçusu Fərid Quliyev “Kahramanmaraşspor”un əvəzedici komandasına göndərilib. Apasport.az saytının məlumatına görə, Antalyada İraqın “Suleymani” klubu ilə yoxlama oyununda (1:1) qol vursa da, onun çempionatda “18-liy”ə düşə bilməməyi məşqçilərin bu qərarı çıxarmasına səbəb olub.

Artıq futbolçu əvəzedici komandada debütünü də rəsmiləşdirib. “Qaziantep BB” ilə matçda “29” nömrəli forma ilə meydana çıxan Quliyev 90 dəqiqə meydanda olsa da, burda da qol vura bilməyib. Komandası isə səfər matçından 1:4 hesabı ilə məğlub ayrılıb.