“Əziz Kriştianu, dediyim sözlər qəlbinə dəyibsə, bağışla”
30.10.2013 - 10:35
“Əziz Kriştianu, dediyim sözlər qəlbinə dəyibsə, bağışla”
FİFA prezidenti Yozef Blatter Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldodan üzr istəyib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri “twitter” vasitəsilə portuqaliyalı ulduzdan üzrxahlıq edib.

İspaniya mətbuatına müsahibəsində Ronaldonun meydanda özünü komandir kimi apardığını, saç düzümünə Messidən çox pul xərclədiyini və daha çox Messini bəyəndiyini bəyan etməklə, qarşı tərəfi qıcıqlandıran Blatter vəziyyəti düzəltməyə məcbur olub: “Əziz Kriştianu, cümə günü dediyim sözlər qəlbinə dəyibsə, bağışla. Xətrinə dəymək istəmirdim. Əslində, mən “Real” və Kriştianu Ronaldoya azarkeşlik edirəm. Sevinirəm ki, futbolda sənin kimi istedadlı oyunçular var. Uğurlar!”