Peykanlı əhli sizi gözləyir, Gəray bəy!
30.10.2013 - 12:11
Böyükağa Hacıyevin “veto” hüququndan istifadə edərək, Gəray Qarayevi “Neftçi”nin məşqçilər korpusuna buraxmamağı sonuncunun əhvalını bərk korlayıb. AZAL-da olduğu kimi, “Neftçi”də də Nazim Süleymanovun köməkçisi təyin ediləcəyini düşünən təcrübəli mütəxəssis son dərəcə pərişandı.
Gəray bəyin “Yeddi oğul istərəm” filmindəki adaşının yolunu gedərək, dağlara çəkildiyini iddia edənlər də var. Daim müsahibə, açıqlama verməkdə özü maraqlı olan, efirdə tez-tez görünən Qarayev qəfildən qeybə çəkilib. Səbəb?
Gəray bəyin mətbuatdan niyə gizləndiyini bilmək üçün baş sındırmağa gərək yoxdu. Adam yaxşı bilir ki, dəstəyi götürsə, “Neftçi”nin məşqçilər korpusuna baş tutmayan təyinatı barədə soruşacaqlar. Əslində, soruşublar da. Lakin məşqçi əsəbi halda “bu barədə danışmaq istəmirəm” söyləyib.
Əvəzində, “Neftçi” camiəsindan açıqlamalar gəlməkdədir. Qarşısından qara pişik keçəndə də bunun “Neftçi”yə qarşı təxribat olduğunu söyləyən vitse-prezident Tahir Süleymanov yenə köhnə havanı çalır. “Zəif” isə vaxtında Qarayevin cavabını verdiyini, işini görüb, qırağa çəkildiyini dilə gətirib.
İnsafən, Böyükağa bəy qisası qiyamətə saxlamamaqla, əla iş çevirdi.
Belə bir vəziyyətdə həqiqətən danışmaq çətindir. Qarayev “Böyükağa Hacıyev imkan vermədi” deyib, Nazim Süleymanova problem yaratmaq istəmir. “Yalandır!” kəlməsini dilə gətirsə isə, “Zəif”in qarşısında geri addım atmış olduğunu göstərəcək. Ona görə də, çıxış yolunu gizlənməkdə, zənglərə cavab verməməkdə görür.
Hərçənd, indiki halda susmaq məğlubiyyəti qəbul etmək deməkdir. Qarayev gizlənməklə “Zəif”in qisasından zövq almasına şərait yaradır. Hacıyevin qarşısında “ağ bayraq” qaldırmaqdansa, olanları dilə gətirmək daha məqsədəuyğundur. Necə deyərlər, ən böyük biclik düzlükdür.

0
0