Futbolçu: Bəxtim onda gətirib ki, dəmir yolunda çalışıram
30.10.2013 - 15:10
İrlandiya çempionu “Sent Patriks”in düşərgəsində gərginlik yaranıb. Apasport.az saytının məlumatına görə, ada təmsilçisinin futbolçuları və məşqçilər korpusu iş axtarmağa çıxıblar.
Buna səbəb ölkədə futbol klublarının yarımpeşəkar olmasıdır. Belə ki, futbolçular yalnız mövsüm ərzində maaş alır, fasilə dövründə isə pul qazanmaq üçün iş axtarırlar.
Komandanın baş məşqçisi Konan Birn bunu ağılsızlıq adlandırıb: “Komandamızın 90 faizi noyabrdan işsizdir. Bir həftə çempion olub, növbəti həftə işsizə çevrildik. Mən özüm də yarımgünlük iş axtarıram”.
Komandanın hücumçusu Filli Hyuzun isə bəxti gətirib: “Mənim bəxtim onda gətirib ki, İrlandiya dəmir yolunda çalışıram”.

0
0