“Nant”a görə ermənilərə “yox” dedi
30.10.2013 - 15:15
“Nant”a görə ermənilərə “yox” dedi
Fransanın “Nant” klubunun baş məşqçisi Mişel Ter-Zakaryan futbol üzrə Ermənistan millisi komandasını çalışdırmaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan məlumat verib.

O, yerli mətbuata açıqlamasında Vardan Minasyanın istefasından təəssüfləndiyini bildirərək, Ter-Zakaryanın təklifi qəbul etmədiyini söyləyib: “Vardan Minasyan getdi, onunla davam etmək istəyirdik. Mən onun bacarığına yaxşı bələdəm. Vardanın Ermənistan futbolunda başa çatdırmadığı çox iş var. Onun gedişindən sonra Mişel Ter-Zakaryanla danışıq apardıq. O, ermənidir, erməni təfəkkürünə sahibdir. Ancaq indiki vəziyyətdə milli komandaya rəhbərlik edə bilməz. Çox istərdik ki, millinin baş məşqçisi məhz Ter-Zakaryan olsun. Ancaq o, bizə mənfi cavab verdi”.

Qeyd edək ki, Vardan Minasyan DÇ-2014-ün seçmə mərhələsində uğursuz çıxış səbəbi ilə Ermənistan millisinin baş məşqçisi postundan istefa verib.